“Hraparak”: Belə olan halda ordu və polisdə çaxnaşmaya hazır məqam yetişəcək

2019/04/image-1555401139.jpg
Oxunub: 544     12:01     16 Aprel 2019    
"Avtomobillərin gömrük hissəsində işdən azad edilən Hayk Martirosyan barədə yazı verilərək bildirilmişdi ki, onun Ermənistan Baş nazirini qarşılayarkən yol verdiyi davranış tərzi sağlamlığı ilə əlaqədar ola bilər".

Ordu.az xəbər verir ki, bu yazı ilə bərabər “Hraparak” qəzeti “Bax bunu etmə, Hayk” başlıqlı məqalə dərc edib.

Həmin məqaləni təqdim edirik:

“Bu mübahisəyə Hasmik Bacanyanın da müdaxilə etdiyi bildirilir. O rəislərin qarşısında farağat dayanmayan, yerindən dik hoppanmayan oğlanların olduğu Ermənistana sahib olmaq istədiyini bildirib və bu cür reaksiya verilməsini qəribə adlandırıb. Açıq-aydın məlumdur ki, xanım Babacanyan adi elementar hərbi nizam-intizamı və subordinasiyanı əyilməklə, farağat dayanmağı isə beldən əyilmişin sürünməyi vəziyyəti ilə qarışıq salır.

Məhz dövlət atributları və yuxarı rütbələr qarşısında farağat durmaq, hər hansı şəkildə hərbçinin şərəf və ləyaqətini alçaltmır. Bu nizamnamənin təkib hissədir və hər bir hərbçi bunu qəbul edir. Ali Baş Komandan qarşısında farağat dayanmaq, onun şəxsiyyətindən asılı olmayaraq, hərbçi üçün eyni haldır. Həmin Ali Baş Komandanın kimliyindən asılı olmayaraq, hərbçilər bunu qəbul edir. Belə məqamlarda qarşındakının şəxsi yox, ictimai mövqeyi önəmlidir. Hərbi xidmətdən kənar, hərbi geyim daşımadıqda Ali Baş Komandanı salamlamaya da bilər.

Belə hallarda nizamnamə tələblərinə əsasən hərbi salam vermənin əsas şərtlərindən biri olan papaq da önəmli rol oynayır. Bunun kişilik anlayışı sahəsi ilə heç bir əlaqəsi yoxdur.

Yaxşı ki, xanım Babacanyan tərəfindən əsl kişilik barədə öz təsəvvürlərinə uyğunlaşmaq üçün yalnız özlərindən daha “yaxşı oğlan” və ya “hörmətli” anlayışlarına cavab verən komandirlərin əmrlərinə tabe olmağa çağırış etməyib.
Yalnız bir o qalır ki, hər kəs özü üçün yaxşı oğlan, daha hörmətli oğlan anlayışlarının meyarlarını müəyyən etsin. Belə olan halda ordu və polisdə çaxnaşmaya hazır məqam yetişəcək.

Hörmətli jurnalistin müraciətində şərəf və ləyaqət məsələsi də anlaşılmazdır. Bu hal yalnız “kişilik” və “oğlan” sözlərinin kəlmələrlə yanaşı istifadə edilməsində də diqqət çəkir.

Mülki şəxslərə gəldikdə isə bu halda elementar mülki səmimiyyət qaydaları ümumiyyətlə kimisə qarşılayarkən, qeyri-səmimi, tör-töküntülü dayanılmaması uyğun hesab olunur və bu səhhətlə heç bir əlaqəsi yoxdur. İstənilən halda mülki qarşılıqlı davranış tərzi hər bir şəxsin öz hüququdur və buna görə cəza nəzərdə tutula bilməz”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Hraparak”: Belə olan halda ordu və polisdə çaxnaşmaya hazır məqam yetişəcək

2019/04/image-1555401139.jpg
Oxunub: 547     12:01     16 Aprel 2019    