Başkənd Azərbaycanın tarixi ərazisidir: İrəvan niyə işğal altında olan 8 kəndi xatırlamaq istəmir?

2019/04/45645-1555332142.jpg
Oxunub: 4679     16:40     15 Aprel 2019    
Xəbər verdiyimiz kimi, aprelin 13-də Ermənistanın Müdafiə naziri Davit Tonoyan işgüzar səfərlə Ermənistanın şimal-şərq hissəsindəki hərbi hissələrdə olub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən yayılan məlumata görə, Tonoyan Başkənd yaşayış məntəqəsinin müşahidə edildiyi ərazilərdə olub.

Qeyd edək ki, 1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində Başkənd azad edilib. Bununla da müharibə zamanı bütovlükdə Qərb regionunda təhlüksizliyin təmin olunması üçün böyük üstünlük əldə edilib.

Tonoyanın qərb səfərini, xüsusilə Başkənd istiqamətində olan hərbi hissələrdə olmasını erməni KİV-ləri xüsusi vurğulayıb. Təbii ki, Tonoyanın Başkənd istiqamətini müşahidə etməsi onun öncə səsləndirdiyi "yeni ərazilər müqabilində yeni müharibə" təxribatçı bəyanatı ilə də müqayisə edilməlidir.

"Ter-Petrosyan həmin dövrdə KTMT-yə müraciət edib. O, Ermənistanın anklavı olan bu ərazini xilas etməyə yardım istəsə də nəticəsiz qalıb. BMT-də Ermənistanın həmin dövrdəki nümayəndəsi Alesandr Arzumanyan BMT-nin Təhlükəsizlik Şurasının iclasının keçirilməsi xahişi ilə müraciət edib. O, müraciətində Azərbaycan tərəfinin Şuşa, Ağdərə və Qarabağın digər cəbhələrində hərbi əməliyyatlarının müzakirə edilməsini tələb edib", - deyə "Lragir" nəşri Ermənistanın həmin dövrdəki fəaliyyətlərini xatırladır.

Məsələyə birtərəfli münasibət bildirən nəşr, Azərbaycanın Qazax rayonu istiqamətində işğal altında olan 7 kəndinin və Sədərəyin Kərki kəndinin daha öncə, 1990-92-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyinə diqqət çəkmək istəmir. Görəsən, Arzumanyan həmin dövrdə BMT-də bu məsələni qaldırdıqda aşağıdakı işğal faktlarını hara ünvanlayıb?

1990-cı ilin yanvarında Sədərəyin Kərki,
1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə Qazaxın Bağanis Ayrım,
1992-ci ilin martın 8-də Xeyrimli,
1992-ci ilin aprelin 27-də Barxudarlı və Sofulu,
1992-ci ilin iyunun 8-də Yuxarı Əskipara,
1992-ci ilin iyunun 11-də Qızıl Hacılı,
1992-ci ilin iyunun 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edilib.

"Artıq müharibədən xeyli sonra Levon Ter-Petrosyan bir məqamı qeyd edərkən bildirib ki, Başkəndi nəinki itirmişik, onu Sovet Ermənistanı ərazisindəki Azərbaycan anklavları ilə əvəz etmişik", - deyə Petrosyanın vaxtilə dediyi bu sözləri xatırladan erməni nəşri, istər 92-ci ilin avqustunda BMT-dəki erməni nümayəndəsinin əsassız tələblərinin, istərsə də Tonoyanın hazırkı səfərinin üstündən birdəfəlik xətt çəkir və dövlət sərhədləri ilə bağlı Ermənistanın riyakarlığını sübut edir.

Başkəndin, yaxud işğal altında olan Azərbaycan anklavlarının hərbi siyasi baxımdan hansı əhəmiyyətə malik olduğu ayrıca bir müzakirə mövzusudur. Yalnız onu qeyd edək ki, xəritəyə baxarkən Başkəndin strateji təyinatı və əhəmiyyətini görmək mümkündür. Başkənd
"Qarabağın şimalının açarıdır".

Yeri gəlmişkən, Ermənistan SSRİ yarandıqdan sonra, "Başkənd niyə anklava çevrilib və niyə Ermənistan ərazisində Azərbaycan anklavları yaranıb" məsələsi tədqiq edilsə ortaya yalnız aşağıdakı tarixi faktlar çıxar.

01 dekabr 1920-ci il. Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir.
18 fevral 1929-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi–Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir.
1930-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana verilir və bu ərazilər üzrə Mehri rayonu yaradılır.
1938-ci il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.
1969-cu il. Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir.
1982-ci il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsi Ermənistana verilir.
1986-cı il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi Ermənistana verilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal  

Başkənd Azərbaycanın tarixi ərazisidir: İrəvan niyə işğal altında olan 8 kəndi xatırlamaq istəmir?

2019/04/45645-1555332142.jpg
Oxunub: 4680     16:40     15 Aprel 2019    