Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan
Ordu.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Yeni Xocavənd qəsəbəsi ərazisindəki əkin sahəsindən 1 ədəd “ST. Etienne” markalı tüfəng, 3 ədəd “İJ” markalı tüfəng, 2 ədəd alışqansız “F-1” markalı əl qumbarası, 30-dan çox müxtəlif patronlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ordu.az