Erməni politoloq: “Ermənistan yayındırıcı siyasətə davam etməlidir”

2019/04/56756-1555316452.jpg
Oxunub: 2099     12:19     15 Aprel 2019    
“Krım, Abxaziya, Osetiya, hətta Kosovonun belə müstəqilliyinin tanınması məsələsi Ermənistanı çətin vəziyyətə salıb. Yayındırıcı cavab verilməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri politoloq Qarik Keryan səsləndirib.

O, Strasburqda Krımla bağlı Ermənistanın mövqeyini dəqiq açıqlaya bilməyən Nikol Paşinyanla razı olduğunu qeyd edib. Onun fikrincə, Dağlıq Qarabağ kimi münaqişəsi olan ölkə kimi Ermənistan bu məsələdə çox çətin vəziyyətə düşüb. O hesab edir ki, başqa cür cavab vermək mümkün deyil.

Politoloq Ermənistanın vəziyyətinin kifayət qədər çətin olduğunu, bunun yalnız Krım yox, həm də Abxaziya, Osetiya, hətta Kosovonun müstəqilliyinin tanınması baxımından belə olduğunu qeyd edib. O bildirib ki, Ermənistan İrana qarşı ABŞ-ın kəskin siyasət yürütdüyü Suriya böhranın dərinləşdiyi bir bölgədə yerləşir. O, bu kimi məslələrdə Ermənistanın məcburi yayındırıcı mövqe tutmalı olduğunu ifadə edib.

Keryan qeyd edir ki, əgər Ermənistan Abxaziya, Osetiyanın müstəqilliyini alqışlasa, bu düşmənçilik kimi qəbul olunacaq və birbaşa Gürcüstan istiqamətinə olan kommunikasiya xətlərindən məhrum olacaq.

“Avropa musiqisi altında Krım məsələsində Rusiyanı tənqid etsək, o zaman rus-erməni strateji maraqlarına zərbə vurmuş olarıq. Bölgədəki münaqişəyə bənzər olan, Kosovonun müstəqilliyini alqışlasaq, bu halda Serbiya ilə yaxın münasibətlərə zərbə vurmuş olacağıq. Eyni zamanda bu önəmli beynəlxalq məsələdə Rusiyanın mövqeyinə zərbə olar”, - deyə politoloq əlavə edib.

Keryanın fikrincə bu kimi istənilən məsələdə Ermənistan yayındırıcı siyasət yürütməyə davam etməlidir. Belə məsələlərdə bir digərindən asılı olmayan beynəlxalq güclər sərbəst hərəkət edir.

O, bu gün ABŞ tərəfinin Çin siyasətini tənqid etməyə böyük imkanlarının olmadığını qeyd edir. Buna, Birləşmiş Ştatların Çindən asılı olması, borcunun olması və digər səbəblər göstərilir. Bununla da böyük qüvvələrin bir-birindən hər hansı şəkildə asılı olduğunu göstərməklə, kiçik ölkələrin daha çox istismar edilə biləcəyinə diqqət çəkir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin