Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, T72B tipli tankların şəxsi heyəti kəskin ərazi şəraitində peşə hazırlığını, maşınsürmə qabiliyyətini, qarşılıqlı döyüş fəaliyyəti təcrübəsini təkmilləşdirib. Bir ay ərzində bir tank heyəti orta hesabla 50 km-dən çox yol qət edib.
Qış tədris dövründə tank heyəti rəqibin mövqeləri yaxınlığında və arxasında axtarış, manevr etmə, həmçinin müasir ümumqoşun döyüşündə motoatıcı və artilleriya bölmələri ilə qarşılıqlı fəaliyyət göstərməklə müharibənin aparılması üsullarını öyrəniblər.
Təlim tədris dövründə tankçılar 5 taktiki təlim, 10-dan artıq atış məşğələsi, 30-dan artıq atış məşqləri keçiriblər. Bu, təlim məşq prosesi ərzində tankçılar 2 mindən çox hərbi sursat və 5 min litrdən artıq yanacaq və sürtkü materialları istifadə ediblər.
Alpər Mövludoğlu
Ordu.az