Ordu.az “Sinhua” nəşrinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Üç əldəqayırma partlayıcı qurğu terrorçuların Cəlalabadda stadiona hücumu nəticəsində işə düşüb. Hadisə nəticəsində ən azı 8 nəfər ölüb, 45 nəfər isə yaralanıb”, - deyə məlumatda bildirilir.
Məlumata görə, hadisə Ramazan ayının başlanması səbəbilə təşkil edilən kriket üzrə matç zamanı baş verib.
Həlak olanlar arasında oyunun təşkilatçısı və bir neçə yerli məmur da var.
Ağalar Qəribov
Ordu.az