Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, strateji sistemlər proqramı çərçivəsində bağlanan müqavilə çərçivəsində şirkət “Trident II D5” ballistik raketinin istehsalını həyata keçirməklə yanaşı, artıq istifadədə olan sistemlərə də dəstək xidməti göstərəcək.
Müqavilənin qiyməti 40,7 milyon dollardır. Həm ABŞ, həm də Birləşmiş Krallıq bu müqavilədən yararlana biləcək. Müqavilə ilə bağlı işlərin 2022-ci ildə tamamlanması gözlənilir.
“UGM-133 Trident II”, başqa adı ilə sadəcə “Trident D” deyə adlandırılan raket sualtından atılan ballistik raketlərin sonuncu nəslinə daxildir. Onun uçuş mənzili 7500 mildən çoxdur.
Ağalar Ağalarlı
Ordu.az