“Raytheon” F/A-18 və E/A-18G-lə bağlı müqavilə imzalayıb

2018/05/received_2541430792749740_1526668391.jpeg
Oxunub: 3175     23:33     18 May 2018    
“Raytheon” ABŞ donanmasının Hava Müharibə Mərkəzi (HMM) ilə infraqırmızı və radar sistemlərinin yenilənməsinə dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə HMM-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilə çərçivəsində “Raytheon” donanmanın F/A-18, E/A-18G təyyarələrində istifadə edilən infraqırmızı və radar sistemlərinin yenilənməsini həyata keçirəcək.

Qeyd edək ki, müqavilə donanmanın F/A-18 təyyarələrinin alınmasına dair “Boeing”lə razılaşmasından sonraya təsadüf edir. Belə ki, ABŞ donanması adı çəkilən şirkətlə 24 ədəd F/A-18 təyyarəsinin alınmasına dair 41,3 milyon dollar dəyərində müqavilə imzalayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   ABŞ  


Bizi "telegram"da izləyin