Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, pilot layihə olan qayığa “Rally 1600-E” adı verilib.
Aluminium materialından hazırlanmış qayıq 5 dəniz mili məsafəyə qədər hərəkət edə bilir. Onun maksimum sürəti isə 37 kilometr/saatdır.
Qeyd edək ki, hazırda elektrikləşdirilmiş qayıq bazarı analoji quru vasitələrdən geri qalsa da böyüməkdə davam edir. Ehtimallara görə, bu bazarın ümumi dövriyyəsi 2027-ci ildə 20 milyard dollara çata bilər.
Ağalar Ağalarlı
Ordu.az