Çin amfibiya təyyarəsinin sifarişçilərə təchizatına 2022-də başlayacaq

2018/05/received_1176925152450431_1526660584.jpeg
Oxunub: 3639     00:27     19 May 2018    
Çin yerli istehsal olan AG600 amfibiya təyyarəsinin sifarişçilərə təchizatına 2022-ci ildə başlayacaq.

Ordu.az “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə təyyarələrin istehsalını həyata keçirən “Aviation Industry Corporation of China” (AVIC) nəşri məlumat yayıb.

Məlumata görə, şirkət AG600 təyyarələri üçün etibarlılıq sertifikatını 2021-ci ilin yay aylarında alacaq və onun sifariçilərə təchizatına 2022-ci ildə başlayacaq.

AVIC hələlik təyyarənin sifarişçilərinin adlarını açıqlamayıb, lakin təyyarənin əsas təyinatının müşahidə və dənizdə axtarış-xilasetmə işlərinin olduğu məlumdur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   AVIC   AG600  


Bizi "telegram"da izləyin