Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının hesabatında bildirilir.
Rusiyanın yeni “Avanqard” sistemi ABŞ Hava Hücumundan Müdafiə sistemlərini asanlıqla keçməyə qadirdir, bu isə Vaşinqtonu xüsusilə narahat edir.
ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı, hava hücumundan müdafiə sahəsində ekspert Tomas Karako qeyd edib ki, ABŞ hava hücumundan müdafiə vasitələri “Avanqard”ın qarşısını almağa qadir deyil.
“Təəssüf ki, biz Rusiyaya belə irəliyə getməyə icazə verdik. Qısa müddət ərzində bu silahın qarşısını alacaq vasitə düşünülməsə, nəticələr faciəvi ola bilər”, - deyə Karako bildirib.
Ağalar Qəribov
Ordu.az