İndoneziya SQ “Apache Guardian”ları silahlanmaya qəbul edib

2018/05/2228-Apache-Guardian_1526654135.jpg
Oxunub: 2032     23:24     18 May 2018    
İndoneziya Silahlı Qüvvələri rəsmi şəkildə AH-64E “Apache Guardian” zərbə helikopterlərini silahlanmaya qəbul edib.

Ordu.az “Jane's Defence Weekly” nəşrinə istinadən xəbər verir ki, bu barədə İndoneziya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Apache Guardian” helikopterləri ABŞ tərəfindən “Xarici hərbi satışlar” proqramı çərçivəsində satılıb.

Ümumilikdə İndoneziya Silahlı Qüvvələri 8 ədəd helikopterlə təchiz edilib. Helikopterlərə görə İndoneziya 1,42 milyard dollar vəsait ödəyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   ABŞ  


Bizi "telegram"da izləyin