Ordu.az “Global Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Nexter” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 6x6 formula malik maşın yalnız “Nexter” deyil, “Renault Trucks” və “Thales” şirkətlərinin formulunu birləşdirir. Maşında bu şirkətlərin hər birinin xüsusiyyətləri cəmləşib.
25 tonluq “Jaguar” zirehli maşınının mühərriki 500 at gücünə malikdir. Maşının surəti maksimum 90 kilometr/saat təşkil edir, gediş ehtiyatı isə 800 kilometrdir.
“Jaguar”ın silahlanmasında 40 millimetrlik CTA topu və köməçi 7,62 millimetrlik məsafədən idarəolunan pulemyot var.
Ağalar Qəribov
Ordu.az