“Müdafiə üzrə dövlət sifarişlərinə 1,5 trilyon rubl vəsait ayrılıb” - Putin

2018/05/34534_1526648099.jpg
Oxunub: 2168     20:53     18 May 2018    
“2018-ci ildə Rusiyada müdafiə üzrə dövlət sifarişlərinin yerinə yetirilməsinə 1,5 trilyon rubl vəsait ayrılıb”.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Müdafiə üzrə dövlət sifarişlərini icra edənlər istehsal müddəti və təchizat qrafikinə riayət edilməsi üzrə məsuliyyət daşıyırlar”, - deyə Putin bildirib.

O qeyd edib ki, istehsalçılardan yeni silahları daha surətli və daha ucuz yaratmağa imkan verən inqilabi qərarlar gözləyir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Müdafiə  


Bizi "telegram"da izləyin