ABŞ HHQ qırıcılarına lazerlər quraşdırmağı planlaşdırır

2018/05/345345_1526647848.jpg
Oxunub: 942     20:49     18 May 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin alimləri 2021-ci ilə qədər qırıcı təyyarələrə fiber lazerlər quraşdırmağı düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məqsədlə “Lockheed Martin”lə 26,3 milyon dollarlıq müqavilə imzalanıb.

Müqavilə yüksək gücə malik fiber lazerlərin dizaynı, təkmilləşdirilməsi və istehsalını nəzərdə tutur. HHQ bu lazerləri qarşıdakı 4 il ərzində taktiki qırıcıları üzərində sınaqdan keçirməyi güman edir.

Bir qədər ağlasığmaz gəlsə də, rəsmi olaraq birbaşa enerji silahları kimi tanınan bu lazerləri ABŞ Quru Qoşunları artıq bir neçə ildir ki, istifadə edir. HHQ-nin tədqiqat laboratoriyası da artıq bu silahların üstünlüyündən yararlanmağa çalışır.

Əslində bu ilin əvvəlində “Lockheed” yük maşınlarına quraşdırıla bilən 60 kilovatlıq lazerlərini nümayiş etdirib. Lakin şirkətin növbəti tapşırığı qırıcı təyyarələrdə istifadə edilə biləcək lazerlərin istehsalıdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   HHQ   Lazer  

ABŞ HHQ qırıcılarına lazerlər quraşdırmağı planlaşdırır

2018/05/345345_1526647848.jpg
Oxunub: 943     20:49     18 May 2018    