Ordu.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə komplekslərin istehsalını həyata keçirən “Luç” konstruktor bürosu məlumat yayıb.
Çerniqov vilayətində “Skif”in sınaqlarının final mərhələsi keçirilib. “Skif” “Stuqna-P” TƏİRK-lərinin ixrac versiyasıdır.
“Sınaqlar çərçivəsində idarəolunan raketlərin sınaqları həyata keçirilib. Bütün nəzərdə tutulan hədəflər uğurla məhv edilib. Kompleksin sifarişçiləri göstərilən nəticələrdən razı qalıblar”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az