Polşa yeni sualtı qayıqların alınmasını təxirə salıb

2018/05/234523_1526644698.jpg
Oxunub: 866     15:56     18 May 2018    
“Polşa Müdafiə Nazirliyi 2022-ci ilədək sualtı qayıqlar almayacaq”.

Ordu.az “Jane's Defence Weekly” nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin dövlət katibi Voysex Skurkeviç bəyan edib.

“Hazırda Polşada “Kobben” tipli dizel-elektrik sualtı gəmiləri silahlanmadan çıxarılma prosesindədir. İlk “Kondor” sualtı qayığı silahlanmadan 2017-ci ilin dekabrında çıxarılıb. “Sokol” sualtı qayığının çıxarılması isə 2018-ci ilin iyununda həyata keçiriləcək”, - deyə Skurkeçiv bildirib.

O qeyd edib ki, bu prosesin həyata keçirilməsindən sonra silahlanmada iki ədəd köhnəlmiş “Kobben” tipli dizel-elektrik sualtı qayığı qalacaq. Belə ki, “Kilo” tipli “Orel” sualtı qayığı bir neçə ay ərzində təmirdə olacaq.

Məhz bu səbəbdən ekspertlər Polşanın qısa zamanda yeni sualtı qayıqlar alacağını gözləyirdilər.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Polşa   Sualtı-qayıqlar   Kobben   Orel  

Xəbər lenti

Polşa yeni sualtı qayıqların alınmasını təxirə salıb

2018/05/234523_1526644698.jpg
Oxunub: 867     15:56     18 May 2018    