Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Rusiya prezidentinin intensiv beynəlxalq əlaqələrinin səbəbi sadə olmayan geosiyasi vəziyyətdir. Həmçinin Rusiyanın öz müttəfiqləri ilə ikitərəfli əlaqələri inkişaf etdirməsi, qarşılıqlı faydalı münasibətlər axtarması digər ölkələrin Rusiya ilə əlaqələr yaratmaq istəməsinə səbəb olur”, - deyə Peskov bildirib.
O qeyd edib ki, ümumilikdə Rusiya prezidentinin xarici siyasəti daxili planların həyata keçirilməsi və dünyada sülh və təhlükəsizliyinə nail olmaq cəhdinin təcəssümüdür.
Ağalar Qəribov
Ordu.az