Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “BAE Systems” şirkəti məlumat yayıb.
Mayın 16-18-də keçirilən sərgidə şirkət üstünlüyü əsas Avropa dövlətlərinin öz zirehli trasnportyorlarını əvəzləyə biləcəkləri maşınlara verir.
“BAE Systems”in stendində BvS10 tamölçülü tırtıllı zirehli transportyoru təqdim edilib. 2016-cı ildə şirkət Avstriya ilə 32 ədəd belə zirehli maşının təchizatı üzrə müqavilə imzalayıb.
Britaniya şirkəti həmçinin CV90 KkIV piyada döyüş maşını təqdim edib. Bu maşın “iFighting” sistemi də daxil olmaqla CV90-larda sınaqdan keçirilən yeni texnologiyaları özündə birləşdirib.
Ağalar Qəribov
Ordu.az