Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Əgər KXDR lideri Kim Çen Inla müqavilə bağlasaq, onun çox, hətta lap çox xoşbəxt olacağını təxmin edirəm. O, bizim çox güclü olan müdafiəmizi əldə edəcək. O, orada qalacaq, öz ölkəsini idarə edəcək və onun ölkəsi çox varlı olacaq”, - deyə Tramp bildirib.
Daha sonra isə Tramp diqqəti keçmiş Liviya lideri Müəmmar Qəddafiyə yönəldib.
“2011-ci ildə heç kəs Liviyanın həmin vaxtkı lideri Qəddafiyə dair zəmanət vermirdi. Biz isə sadəcə olaraq Liviyaya daxil olmaqla onu məhv etdik. Əgər Pxenyan danışıqlara getməsə, bu variant daha aktual görünəcək”, - deyə ABŞ prezidenti açıqlayıb.
Ağalar Qəribov
Ordu.az