Ordu.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, donanmanın hərbi potensialının artırılması ölkənin şimal-qərb istiqamətində təhlükəsizliyinin təmin edilməsində çox böyük önəm daşıyır.
Cari ilin sonunadək donanmanın tərkibinə “Kalibr” qanadlı raketləri ilə təchiz edilən daha bir “Uraqan” gəmisi daxil olacaq. O cümlədən donanma il çərçivəsində iki ədəd böyük hidriqrafik katerlə təchi ediləcək.
Sahil qoşunlarının güclənidirilməsinə də böyük önəm verilir. Baltik Donanmasının tərkibinə daxil olan “İsgəndər-M”lər NATO hücumlarından sığorta üçün yerləşdirilib. 2018-ci ildə onların da sayı artırıla bilər.
Baltik Donanmasının aviasiya qüvvələri də gücləndiriləcək. Belə ki, donanma yeni Su-30M qırıcıları ilə təchiz ediləcək. O cümlədən bir neçə ədəd S-400 “Triumf” da Kalininqradda döyüş növbətçiliynə başlayacaq.
Ağalar Qəribov
Ordu.az