Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə naziri Ursula von der Leyen bildirib.
Almaniya MN İsraildən beş ədəd “Heron-TP” dronunu kirayələməklə bağlı daha öncə də proqram hazırlasa da, təqribən 1 milyard avro dəyərindəki proqram ölkə daxilindəki müxalif partiyaların etirazı əsasında dayandırılmışdı.
Lakin Leyen artıq proqramın həyata keçiriləcəyi ilə bağlı parlamentə bildiriş göndərildiyini və dronların 2020-ci illərin ortalarında istifadəyə veriləcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az