Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
“Biz prosesə başladıq. Artıq Hərtərəfli Birgə Fəaliyyət Planının qüvvədə qalması üçün siyasi razılığa nail olduq. Çox şey yaxın həftələrdə nə baş verəcəyindən asılıdır. Biz zəruri zəmanətlər almalıyıq və bu, bizim hansı sürətlə irəliləyə biləcəyimizdən asılı olacaq”, - deyə Zərif bildirib.
O qeyd edib ki, Avropadan olan həmkarları ilə dialoqun konstruktiv xarakterinə inanır.
Ağalar Qəribov
Ordu.az