PYD Hələbdə Türkiyə ordusunu hücum etdi

2017/11/249ccbb7-c890-455d-84a9-8e6ebdfad563_1511272048.jpg
Oxunub: 532     22:01     21 Noyabr 2017    
PYD terrorçuları Hələb rayonunun Dar İzza rayonunda Türkiyənin hərbi xidmətçilərinin mövqelərinə hücum ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, hücumun gerçəkləşdirildiyi ərazi İdlib və Hələb vilayətlərinin sərhəddində yerləşir. Ölən və xəsarət alanlarla məlumat hələ açıqlanmayıb.

Daha öncə xəbər verilirdi ki, Türkiyə İdlib vilayətinə xeyli qüvvə göndərib.

Ankara bəyan edib ki, Astanada əldə edilən razılaşmaya uyğun olaraq hərbçilər regionda təhlükəsizlik və stabilliyi təmin edəcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə   PYD  


Bizi "telegram"da izləyin