Ordu.az bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.
“Biz daima regionda ABŞ siyasətinə münasibətdən narahat olduğumuz barədə danışırıq. İŞİD yarandı və məhv oldu, lakin hələ də sual işarələri qalıb. Siz artıq İŞİD-in Suriyadan çıxarıldığını bəyan etdiniz. O halda niyə Suriyada hələ də silah dolu yük maşınları yollarda görünür? Onlar hansı ölkəyə qarşı istifadə olunacaq? Biz işin mahiyyətini bilirik. Onların qayğısı nə terrorizmlə, nə demokratiya, nə də dinc əhalinin qayğısı ilə mübarizədir. Terrorizmə qarşı mübarizəni səbəb kimi istfadə edərək ABŞ Yaxın Şərqdə yeni dizayn yaratmaq istəyir”, - deyə Ərdoğan Ankarada Ədalət və Tərəqqi Partiyasına həsr edilmiş parlament fraksiyası qarşısında çıxışında bildirib.
Türkiyə prezidenti əlavə edib ki, Suriyada hazırda terrorçuları başqa terrorçular (PYD- red) əvəz edir.
Ağalar Qəribov
Ordu.az