Ermənistan MSK sədri: “İrəvandakı seçki dairələrinin demək olar hamısında səslər yenidən hesablanacaq”

2026/06/1781084586.jpg
Oxunub: 238     13:42     10 İyun 2026    
“Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaqan Hovakimyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, hazırda müxtəlif seçki məntəqələrində səslərin yenidən hesablanması prosesi davam edir.

Hovakimyan qeyd edib ki, 2005 seçki məntəqəsindən yalnız beşində protokollar düzgün tərtib olunsa da, məlumatların sistemə daxil edilməsi zamanı texniki səhvlərə yol verilib.

“Bəzi sətirlər ötürülüb. Bu, insan amilindən qaynaqlanan səhvdir”, - deyə o bildirib.

Ermənistan MSK sədri bunun qəsdən edilmiş addım ola biləcəyi barədə iddiaları rədd edib.

O vurğulayıb ki, bütün protokollar açıq şəkildə dərc olunub və ilkin nəticələrin ilkin adlandırılmasının səbəbi də onların sonradan dəqiqləşdirilməsidir.

“Yenidən hesablanma ilə bağlı rəsmi müraciətlər əsasən üç siyasi qüvvədən daxil olub: “Çiçəklənən Ermənistan” partiyası, “Güclü Ermənistan” bloku və “Birliyin Qanadları” hərəkatı.

İrəvandakı seçki dairələrinin demək olar hamısında yenidən hesablanma aparılacaq. “Birliyin Qanadları”nın deputatlığa namizədi belə istəyib və müvafiq müraciət təqdim edib”, - deyə o əlavə edib.

Hovakimyan həmçinin “gizli seçici siyahıları” ilə bağlı sualı cavablandıraraq bildirib ki, seçici siyahıları Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən hazırlanır və dərc edilir.

Onun sözlərinə görə, yalnız qanunvericilikdə nəzərdə tutulan bəzi kateqoriyalar üzrə məlumatlar açıqlanmır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK  


Bizi "telegram"da izləyin