“AİB Ermənistanın bir tərəfdən istehlakçı mövqe tutmasına, digər tərəfdən isə Avropa inteqrasiyası planlarına dözməyəcək” - Zaxarova

2026/06/1780493262.jpg
Oxunub: 223     14:41     10 İyun 2026    
“Avrasiya İqtisadi Birliyi (AİB) Ermənistanın quruma qarşı istehlakçı mövqe nümayiş etdirməsi və eyni zamanda Avropa inteqrasiyasına hazırlaşması vəziyyətinə dözməyəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Zaxarovanın sözlərinə görə, Ermənistan rəhbərliyi vətəndaşları inandırmağa çalışır ki, guya Avropa İttifaqı ilə Aİİ arasında seçim etməyə hələ ehtiyac yoxdur.

“Ölkə rəhbərliyi öz vətəndaşlarını inandırmağa çalışır ki, guya Avropa İttifaqı ilə Aİİ arasında seçim etməyə ehtiyac yoxdur. Guya Avrasiya inteqrasiyasının bütün üstünlüklərindən və imtiyazlarından yararlanmaq, eyni zamanda başqa bir iqtisadi ittifaqa üzvlük üçün zəmin hazırlamaq mümkündür. Xeyr, bu mümkün deyil”, - deyə o vurğulayıb.

Rusiyalı diplomat əlavə edib ki, AİB-ə qarşı belə yanaşma qəbuledilməzdir.

“Biz AİB-ə qarşı belə istehlakçı və yalnız birtərəfli maraqlara xidmət edən yanaşmaya dözmək niyyətində deyilik”, - deyə Zaxarova bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin