Ordu.az İran mediasına istinadən xəbər verir ki, bu barədə əyalətin su təchizatı və kanalizasiya şirkətinin baş direktoru Əbdülhəmid Həmzəpur bildirib.
Onun sözlərinə görə, bir neçə saat əvvəl ABŞ-nin endirdiyi raket zərbəsi nəticəsində Bemani rayonunda iki strateji əhəmiyyətli su anbarı tamamilə məhv edilib.
Söhbət Bemani rayonunu və Kohestak şəhərini içməli su ilə təmin edən 500 və 2000 kubmetrlik rezervuarlardan gedir.
Həmzəpur qeyd edib ki, hazırda yaşayış məntəqələrinə suyun verilişi dayandırılıb, alternativ su təchizatı variantları nəzərdən keçirilir.
Ordu.az