Peskov: “Putin və Paşinyanın görüşü ilə bağlı hələlik konkret razılaşma yoxdur”

2026/06/1780655144.jpg
Oxunub: 209     14:44     10 İyun 2026    
“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi ilə bağlı hələlik konkret razılaşma yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

“Hazırda heç bir konkret razılaşma yoxdur. Bilirsiniz ki, ayın 14-də seçkilərin nəticələri ilə bağlı yekun açıqlama gözlənilir. Bilirsiniz ki, seçkilərin bir çox iştirakçıları nəticələrdən şikayət etmək niyyətindədir, yenidən sayım olacaq və sair. Yəni vəziyyət kifayət qədər mürəkkəb və uzunmüddətlidir”, - deyə Peskov “RİA Novosti”yə bildirib.

O qeyd edib ki, seçki prosesinin tam yekunlaşmasından sonra vəziyyət daha aydın olacaq.

Qeyd edək ki, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası hökuməti formalaşdırmaq üçün lazım olan 50 faizlik səs həddini keçə bilməyib. Bununla belə, milli azlıqlar üçün ayrılmış mandatlar və parlamentə düşməyən siyasi qüvvələrin səslərinin yenidən bölüşdürülməsi hesabına hökumət qurmaq üçün kifayət qədər mandat əldə edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Putin   Paşinyan  


Bizi "telegram"da izləyin