Ordu.az xəbər verir ki, bu barədə hakim partiyadan olanerməni deputat Alxas Qazaryan jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı hələlik dərin müzakirələr aparılmasa da, bu istiqamətdə düşüncələr mövcuddur.
Erməni deputat qeyd edib ki, hakim partiya iyunun 14-də keçirilmiş parlament seçkilərinin yekun nəticələri tam dəqiqləşdirildikdən sonra bu məsələyə yenidən qayıdacaq.
Qazaryan əlavə edib ki, seçkilərin hansı ssenari üzrə keçiriləcəyi hələ müəyyən edilməyib, lakin belə bir ideya mövcuddur.
“Yeni seçkilərə ehtiyac yaranmasının səbəbi şəhər rəhbərliyinin fəaliyyətinin uğursuz olmasıdır. Şəhər meri hər şeyi iflasa uğradıb”, - deyə deputat bildirib.
Jurnalistlərin məhkəmənin hələ Vardan Qukasyanın təqsirini təsdiqləmədiyini xatırlatmasına cavab olaraq Qazaryan hüquqi proseslərin davam etdiyini, lakin şəhərin ağır vəziyyətdə olduğunu iddia edib.
Erməni deputat bildirib ki, Gümrünün bərpası üçün yeni idarəetməyə ehtiyac var.
Onun sözlərinə görə, mer və şəhər şurası səmərəli işləməyib, təklifləri qəbul etməyib və məhz buna görə də koalisiya dağılıb.
Alpər Mövludoğlu
Ordu.az