Paşinyanın komanda yoldaşı Ermənistanın bütün rəhbərlərini Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda ittiham edib

2026/06/1781077774.jpg
Oxunub: 229     11:50     10 İyun 2026    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan Ermənistanın bütün əvvəlki rəhbərlərini Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda ittiham edib.

Ordu.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı danışıb.

Jurnalistlərin Qarabağın hazırkı hakimiyyət tərəfindən təhvil verilməsi ilə bağlı fikirlərinə cavab olaraq erməni deputat bildirib ki, müvafiq fərmanı onların prezidenti imzalayıb.

Qazaryan bununla Qarabağdakı keçmiş separatçı rejimin “son rəhbəri” Samvel Şahramanyanı nəzərdə tutub.

Erməni deputat daha sonra iddia edib ki, Ermənistanın bütün əvvəlki rəhbərləri “Qarabağ”ı (ləğv edilmiş qondarma qurum-red.) tanımayıb və faktiki olaraq onu Azərbaycanın tərkib hissəsi kimi qəbul ediblər.

Bu açıqlamadan sonra Qazaryan jurnalistlərin digər suallarını cavablandırmaqdan imtina edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaryan  


Bizi "telegram"da izləyin