Erməni siyasi şərhçi: “Liderlərin eqoizmi və əsassız böyük iddiaları bir kənara qoyulmalıdır”

2026/06/1781077736.jpg
Oxunub: 218     11:47     10 İyun 2026    
“Müxalifətin deputat mandatlarını qəbul edib-etməməsinin düzgün və ya yanlış olması sonrakı addımlardan asılıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Stepan Danielyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, hər hansı qərarın əsaslandırılması sonrakı mərhələdə atılacaq addımların nə dərəcədə düşünülmüş olmasından asılıdır.

“Əgər bu addımların mahiyyəti başa düşülür və onların həyata keçiriləcəyinə inam varsa, istənilən variant əsaslandırılmış sayıla bilər. Əks halda isə əks nəticə verə bilər”, - deyə Danielyan qeyd edib.

O, həmçinin üç mühüm amilə diqqət çəkib.

Danielyan birinci amil kimi müxalifətin vahid qərargah və qərar qəbul edən mərkəz yaratmasının vacibliyini göstərib.

O, ikinci amil olaraq ictimaiyyətin qəbul edilən qərarlar və onların nəticələri barədə məlumatlandırılmasının zəruriliyini vurğulayıb.

“Geniş ictimai dəstək və etimad olmadan müxalifətin heç bir dəyəri yoxdur”, - deyə o bildirib.

Danielyan üçüncü vacib məsələ kimi isə siyasi liderlərin eqoizmi və əsassız təkəbbüründən imtina edilməsinin vacibliyini qeyd edib.

“Liderlərin eqoizmi və əsassız böyük iddiaları bir kənara qoyulmalıdır. Həyat göstərdi ki, bunların hamısı əbəsdir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danielyan   Ermənistan  


Bizi "telegram"da izləyin