Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəkləyib - FOTOLAR

2024/06/666ed-1718542261.jpg
Oxunub: 367     16:35     16 İyun 2024    
İyunun 15-16-da Bürgenştokda keçirilən Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədi forumda iştirak edən 91 ölkədən 80-i tərəfindən dəstəklənib.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, sənədi təsdiq edən ölkələrin siyahısı iclasın təşkilatçıları tərəfindən dərc edilib.

Sənədi dəstəkləyən ölkələr arasında xüsusilə Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı yoxdur. Üstəlik, Vatikan tərəfindən imzalanmayıb. Konfransda Müqəddəs Taxt-Tac-ı Vatikanın dövlət katibi kardinal Pietro Parolin təmsil edib.

Eyni zamanda siyahıda İsveçrə, Türkiyə, Aİ ölkələri və ABŞ yer alıb.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beynəlxalq-Konfrans   Ukrayna  


Bizi "telegram"da izləyin