Zelenski Türkiyəni Moskva ilə Kiyev arasında danışıqlar üçün əsas platforma kimi görür

2026/02/1771950035.jpg
Oxunub: 279     11:34     02 May 2026    
Volodimir Zelenski ABŞ-ı ölkəsinin şərqindəki münaqişə ilə bağlı dialoqda iştirakını davam etdirməyə razı salmaq cəhdlərini dayandırıb.

Ordu.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Zelenski azırda Vaşinqtonun köməyi olmadan danışıqlar aparmaq strategiyası üzərində işləyir.

Bildirilir ki, o, Türkiyəni Moskva ilə Kiyev arasında danışıqlar üçün əsas platforma kimi görür.

Daha əvvəl ABŞ administrasiyasındakı mənbələrmediaya açıqlamalarında bildirmişdilər ki, Amerika rəsmiləri artıq Ukrayna ilə bağlı danışıqlar mövzusunun Ağ Evdə sonuncu dəfə nə vaxt müzakirə edildiyini xatırlamırlar, çünki ABŞ danışıqçıları əsasən İrana diqqət yetirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Türkiyə   Ukrayna  


Bizi "telegram"da izləyin