AZAL Təl-Əvivə uçuşları bərpa edir

2024/12/1735289771.jpg
Oxunub: 321     11:32     02 May 2026    
"Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.

Ordu.az bu barədə AZAL-a istinadən xəbər verir.

Bu istiqamət üzrə reyslərə 3 maydan start veririk. Uçuşlar hər gün həyata keçiriləcək.

Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Təl-Əviv istiqaməti üzrə uçuşları dayandırmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AZAL   Təl-Əviv  


Bizi "telegram"da izləyin