ABŞ-də Trampın İranla müharibənin başa çatması barədə bəyanatı “cəfəngiyyat” adlandırılıb

2026/04/1777489094.jpg
Oxunub: 279     08:31     02 May 2026    
“Bu, (ABŞ-nin prezidenti Donald Trampın İranla müharibənin başa çatması barədə bəyanatı-red.) tamamilə cəfəngiyyatdır”.

Ordu.az xəbər verir ki, bunu Senatda demokratların lideri Çak Şumer bildirib.

“Bu, qanunsuz müharibədir və respublikaçılar hər gün buna şərik olub onun davam etməsinə imkan verdikcə, hər gün həyatların təhlükəyə atıldığı, xaosun yayıldığı, qiymətlərin artdığı daha bir gün olur və bütün bunlar amerikalıların hesab ödədiyi bir vaxtda baş verir”, -d eyə o qeyd edib.

Daha əvvəl “Associated Press” agentliyi Ağ Evin Konqresə rəsmi şəkildə İranla müharibəni “bitmiş” hesab etdiyini bildirdiyini, halbuki bölgədə ABŞ silahlı qüvvələrinin mövcudluğunun davam etdiyini xəbər vermişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   İran  


Bizi "telegram"da izləyin