ABŞ 2027-ci il büdcəsindən Ukraynaya veriləcək hərbi yardımı çıxarıb

2025/03/7d9d0-1742360665.jpg
Oxunub: 329     08:11     02 May 2026    
ABŞ senatoru Anqus Kinq prezident administrasiyasının Ukraynaya yardımdan imtina qərarı ilə bağlı narahatlığını ifadə edib və 2027-ci il üçün hərbi dəstəyin sıfırlanmasını qeyd edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Bu büdcənin ümumiyyətlə ictimai rezonans doğurmayan tərəflərindən biri odur ki, orada Ukrayna üçün sıfır maliyyələşmə var. Bu, doğrudurmu?”, - deyə o bildirib.

Pentaqonun nümayəndəsi Culs Herst cavab verib: “Doğrudur. Bu büdcədə USAI üzrə maliyyələşmə nəzərdə tutulmayıb”.

“Ötən il Konqresin iki partiyalı və iki palatalı aktı ilə 400 milyon dollar ayrılmışdı. Bu vəsaitə nə oldu? Mənim başa düşdüyümə görə, bir dollar belə paylanmayıb”, - deyə senator Kinq soruşub.

“Biz ABŞ-nin Avropa Komandanlığı ilə işləyəcəyik ki, həmin vəsaitləri daha uyğun şəkildə istifadə edək. Biz istəyirik ki, Avropa fəallaşsın və əsas yükü öz üzərinə götürsün. Bunlar ümumi 20 trilyon dollarlıq iqtisadiyyata malik zəngin ölkələrdir, 2 trilyonluq iqtisadiyyata qarşı. Avropa daha çox şey edə bilər və bunu bizim təşəbbüsümüz sayəsində etdi. Amerikalı xalqın istədiyi də budur ki, digər ölkələr öz üzərinə daha çox öhdəlik götürsün. Əgər bu, Avropa üçün bu qədər vacibdirsə, deməli, Avropa ölkələri bunun üçün pul ödəməlidir. Təhdid Avropa ölkələrinə daha yaxındır və məhz onlar fəallaşmalıdır”, - deyə Herst cavab verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin