“İran elə tələblər irəli sürür ki, mən onlarla razılaşa bilmərəm” - Tramp

2026/04/1777489094.jpg
Oxunub: 380     22:28     01 May 2026    
“İran elə tələblər irəli sürür ki, mən onlarla razılaşa bilmərəm”.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Onlar razılaşma əldə etmək istəyirlər, amma bu məni qane etmir”, - deyə o qeyd edib.

Trampın sözlərinə görə, İran rəhbərliyi çox parçalanıb, “orada 2-3-4 qruplaşma var”. “Sərt xətt tərəfdarları da razılaşma istəyirlər. Onların heç nəyi yoxdur”, - deyə o qeyd edib.

Tramp əmin edib ki, ABŞ-nin silah ehtiyatı İranla müharibənin başlanğıcındakı ilə müqayisədə iki dəfə çoxdur.

“Digər məhsulların qiymətləri xeyli aşağı düşüb, amma benzin bahadır. Lakin bütün bunlar bitəndə İranda olduğu kimi nüvə silahı olmayan bir dünya olacaq”, - deyə Tramp əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin