“Reuters”: Rusiya Suriyaya neft tədarükünü kəskin artırıb

2026/05/1777657652.jpg
Oxunub: 403     21:45     01 May 2026    
Rusiya Suriyanın əsas neft tədarükçüsünə çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bu, Qərblə yeni hökumətin yaxınlaşmasına və Moskvanın devrilmiş lider Bəşər Əsədə verdiyi hərbi dəstək səbəbindən ona qarşı formalaşmış etimadsızlığa baxmayaraq baş verir.

Rusiyadan neft tədarükü bu il 75 faiz artaraq gündəlik təxminən 60 min barel təşkil edib.

Bu dinamika Suriyanın imkanlarının məhdud olduğunu göstərir. Müharibədən sonra ölkə böhrandan çıxsa da və Qərbə yönəlsə də, onun iqtisadiyyatı qlobal maliyyə sisteminə inteqrasiya olunmayıb.

Bu, Avropa və Vaşinqtonun ötən il ölkəyə qarşı tətbiq edilən çoxillik sanksiyaları ləğv etməsindən sonra da belə qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin