Tramp ABŞ-nin Kubaya qarşı sanksiyalarını genişləndirib

2026/04/1777179201.jpg
Oxunub: 385     20:29     01 May 2026    
ABŞ Prezidenti Donald Tramp Kuba hökumətinə qarşı sanksiyaların genişləndirilməsi haqqında fərman imzalayıb.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin iki nümayəndəsi bildirib.

Məlumata görə, yeni məhdudiyyətlər Kuba hökumətinin təhlükəsizlik aparatını dəstəkləyən, eləcə də korrupsiyada və insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirak edən şəxslərə və təşkilatlara qarşı yönəlib.

Qeyd olunub ki, fərman məhdudiyyətlər altına düşən şəxslərlə sövdələşmələrin həyata keçirilməsinə və ya onlara yardım göstərilməsinə görə ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi imkanını nəzərdə tutur.

Eyni zamanda vurğulanıb ki, yeni tədbirlər ABŞ administrasiyasının Kubaya təzyiqi gücləndirmək istiqamətində növbəti addımı olub.

"Trampın fərmanı Kubaya üstüörtülü xəbərdarlıq ehtiva edirdi, çünki Kuba hökuməti İranın və "Hizbullah" kimi yaraqlı qruplaşmaların tərəfini tutmuşdu", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Kuba  


Bizi "telegram"da izləyin