Pakistan və Çinin birgə istehsal etdiyi sualtı qayıq suya endirilib

2026/05/1777651375.jpg
Oxunub: 461     20:08     01 May 2026    
Pakistanın Çin ilə birgə istehsal edilən 8 “Hangor” sinfinə məxsus sualtı qayığın birincisini suya endirdiyi bildirilib.

Ordu.az xəbər verir ki, Çin ilə birgə istehsal edilməsi planlaşdırılan “Hangor” sinfinə məxsus 8 sualtı qayığın birincisinin suya endirilməsindən sonra Zərdari açıqlamasında bu addımı “tarixi dönüş nöqtəsi” adlandırıb.

Pakistan ordusundan verilən açıqlamada Çinin liman şəhəri Sanyada Pakistan Prezidenti Asif Əli Zərdari və Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı Naveed Əşrəfin də aralarında olduğu yüksək səviyyəli rəsmilərin iştirakı ilə sualtı qayığın suya endirilməsi mərasiminin keçirildiyi bildirilib.

Dönüş nöqtəsi

Çin ilə birgə istehsal edilməsi planlaşdırılan “Hangor” sinfinə məxsus 8 sualtı qayığın birincisinin suya endirilməsindən sonra Zərdari açıqlamasında bu addımı “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirib.

Hərbi Dəniz Qüvvələrinin komandanı Əşrəf də açıqlamasında kritik dəniz keçidlərindəki pozuntuların qlobal ticarət və enerji təhlükəsizliyini təhdid etdiyini, bunun qabaqcıl donanma ehtiyacını artırdığını bildirib.

Silah və havadan asılı olmayan hərəkət sistemləri

Əşrəf “Hangor” sinfinə məxsus sualtı qayıqların qabaqcıl sensor, silah və havadan asılı olmayan hərəkət sistemləri ilə təchiz edildiyini ifadə edib.

Çinin “Type 039A” sualtı qayığının dizaynı əsasında yaradılan “Hangor” tipli sualtı qayığın 38 nəfərlik ekipaj daşıya bildiyi və gəmi əleyhinə raketlə təchiz edildiyi ehtimal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Çin  


Bizi "telegram"da izləyin