Ordu.az xəbər verir ki, bu barədə TASS operativ xidmətlərə istinadən məlumat yayıb.
“Yanğın Putilkovskoye şossesi, ev 26 ünvanında baş verib. Əvvəllər hamam kimi istifadə olunan, hazırda istismar olunmayan bir mərtəbəli tikili yanır. Hadisə yerində yanğınsöndürənlər işləyir”, - deyə agentliyin həmsöhbəti bildirib və dəqiqləşdirib ki, obyekt terror işi üzrə məhkum olunmuş Alışer Kasimova məxsusdur.
Kasimov 22 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaqın məlumatına görə, o, terror aktını törədən şəxslərə mənzil icarəyə verib. 2024-cü ilin martında Kasimovun saxlanılmasından sonra ona məxsus “Çayxona” kafesi və yaxınlıqdakı hamam bağlanmışdı.
Sevinc Əliyeva
Ordu.az