Ordu.az xəbər verir ki, bu barədə TASS Rusiyanın diplomatik nümayəndəliyinə istinadən məlumat yayıb.
“2026-cı il aprelin 30-da Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri S. V. Verşinin etimadnaməsini Türkiyə Respublikasının prezidenti R. T. Ərdoğana təqdim edib. R. T. Ərdoğan S. V. Verşinini vəzifəyə başlaması münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb.
Görüş zamanı Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri müzakirə olunub, Moskva və Ankaranın Rusiya və Türkiyə xalqlarının rifahı və firavanlığı naminə qarşılıqlı faydalı münasibətləri gücləndirmək niyyəti təsdiqlənib”, - deyə məlumatda bildirilir.
Sevinc Əliyeva
Ordu.az