Türkiyə Daxili Təhlükəsizlik Avadanlıqları Sərgisinin sədri Pakistanın hava texniki attaşesi qrup kapitanını ziyarət edib

2025/05/1746602720.jpg
Oxunub: 410     12:24     07 May 2025    
Türkiyə Daxili Təhlükəsizlik Avadanlıqları Sərgisinin (İGEF) sədri Zeki Ərdoğan və başçılıq etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasının Türkiyədəki hava texniki attaşesi qrup kapitanı Umer Cavedi ofisində ziyarət edib.

Ordu.az xəbər verir ki, İGEF tərəfindən sosial mediada paylaşılan paylaşımda səfərin 2025-ci il sentyabrın 18-20-də Ankarada keçiriləcək 2-ci Daxili Təhlükəsizlik Avadanlıqları Sərgisi çərçivəsində baş tutduğu bildirilib.

Açıqlamada bildirilib ki, sərginin məzmunu, məqsədləri və strateji ölçüləri müzakirə edilib, daxili təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vizyonuna uyğun olaraq Pakistanla mövcud əlaqələrin gücləndirilməsi üçün məsləhətləşmələr aparılıb.

Görüşdə Türkiyə ilə Pakistan arasında köklü tarixi bağlara söykənən dostluq və qardaşlıq əlaqələrinin daxili təhlükəsizlik və müdafiə sənayesi sahələrində çoxşaxəli əməkdaşlıq vasitəsilə daha da gücləndirilə biləcəyi vurğulanıb.

Səfərin sonunda qrup kapitanı Umer Cavedə və Pakistanın Ankaradakı səfirliyinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edilib, təmasların iki ölkə arasında konstruktiv dialoqa töhfə verəcəyinə ümid edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İGEF   Pakistan  


Bizi "telegram"da izləyin