KİV: Hindistan üç qoşun növündən istifadə etməklə zərbələr endirib

2025/05/1746594359.jpg
Oxunub: 366     03:42     07 May 2025    
Hindistan ordusu silahlı qüvvələrin hər üç qolunun dəqiq silahlarından istifadə etməklə Hindistan ərazisindən Pakistandakı hədəflərə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə ANI agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Zərbələrə üç qüvvənin - Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin dəqiq silah sistemləri cəlb olunub. Zərbələr yalnız Hindistan ərazisindən endirilib", - məlumatda deyilir.

Məlumata görə, Pakistanda silahlıların düşərgələrinə zərbələrin endirilməsi üçün koordinatlar kəşfiyyat orqanları tərəfindən verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin