Hindistan Hərbi Hava Qüvvələri dörd məscidə hücum edib

2018/09/345_1536135317.jpg
Oxunub: 468     04:10     07 May 2025    
Hindistan Hərbi Hava Qüvvələri gecə hücumu zamanı Pakistanda mülki infrastruktura, o cümlədən dörd məscidə zərbələr endirib.

Ordu.az-ın verdiyi məlumata görə, bunu Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib.

Onun sözlərinə görə, zərbələr Əhmədpur İst və Muridke (Pəncab əyaləti), Müzəffərabad və Kotli (Azad Cammu və Kəşmirin Pakistan ərazisi) şəhərlərindəki məscidlərə endirilib.

Daha bir mərmi Sialkot şəhəri yaxınlığındakı kəndə düşüb, lakin partlayış baş verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HHQ  


Bizi "telegram"da izləyin