Ordu.az xəbər verir ki, təklif Kanada Kral Hərbi Dəniz Qüvvələrinin köhnəlmiş sualtı qayıq parkını sürətlə əvəz etmək, orduya daha çox atəş gücü vermək və Kanadanın müdafiə sənayesi infrastrukturunu gücləndirmək məqsədi daşıyır.
Martın əvvəlində Ottavaya təqdim edilən təkliflər Cənubi Koreya hökumətinin tam dəstəyinə malikdir və ölkənin son illərdə ABŞ ilə gərgin münasibətləri fonunda Kanada ilə müdafiə tərəfdaşlığını dərinləşdirmək istəyini əks etdirir.
“Hanwha Ocean” və “Hyundai Heavy Industries”in təklifi Kanadanın yalnız 1 yeni sualtı qayığı almağı planlaşdırdığı 2035-ci ilə qədər 4 sualtı qayığın çatdırılmasını tələb edir. Təklif, həmçinin Kanadada iş yerləri yaradacaq texniki qulluq obyektlərinin inşasını da əhatə edir.
“Hanwha Aerospace” Kanada ordusunu mobil haubitsalar və HIMARS tipli raket sistemləri ilə təchiz etmək üçün iki ayrı təklif təqdim edib.
Bundan əlavə, tırtıllı döyüş vasitələri və müdafiə sistemlərindəki boşluqları aradan qaldırmaq məqsədi daşıyan zirehli vasitə paketi də təklif edilib. Bu təkliflərin ümumi dəyəri 1 milyard dolları keçə bilər.
Sevinc Əliyeva
Ordu.az