Danimarka XİN: Tramp Qrenlandiyaya sahib olmayacaq

2025/01/1738076499.jpg
Oxunub: 487     18:18     28 Yanvar 2025    
Tramp Qrenlandiyaya sahib olmayacaq.

Ordu.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen jurnalistlərə açıqlamasında bildirib.

Xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın Danimarkanın müstəqil ərazisinə nəzarət etmək istəyini ifadə etdikdən sonra onun Qrenlandiyaya sahib olmayacağın bildirib.

O, həmçinin qeyd edib ki, Danimarka bir neçə dəfə Qrenlandiyanın öz vəziyyətini müəyyən edəcəyini bəyan edib və bu məsələdə son qərarı Qrenlandiya xalqı verəcək.

Qeyd edək ki, Tramp daha əvvəl Danimarkanın bir hissəsi olan Qrenlandiya adasının Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməsi barədə fikirlər səsləndirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Qrenlandiya   Tramp  


Bizi "telegram"da izləyin