Almaniyanın “Eurofighter” satışında son addımı - VİDEO

2025/01/1738051724.jpg
Oxunub: 784     16:05     28 Yanvar 2025    
Almaniyada fevralın 23-də keçiriləcək növbədənkənar ümumi seçkilər öncəsi maraqlı addım atılıb.

Ordu.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Türkiyəyə “Eurofighter” satışı ilə bağlı fərqli addım atıb.

“Türkiyə Almaniyadan müdafiə sistemlərini, məsələn, döyüş təyyarələrimizi almaqla, özünü gücləndirməkdə maraqlıdır. Hazırda Türkiyədə bu məsələ araşdırılır və biz bunu mümkün etdik. Baxaq, Türkiyədə araşdırmalar necə nəticələnəcək”, - deyə Şolts qeyd edib.

Bu inkişaflardan sonra Almaniyadan Türkiyəyə satış üçün verilən “yaşıl işığ”ın necə reallaşacağı maraq doğurur.

Bundan əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ümumilikdə 40 ədəd “Eurofighter” təyyarəsinin alınması ilə bağlı problemlərin həll olunduğuna diqqət çəkmişdi.

Tolga Özbek tərəfindən hazırlanan bu həftənin gündəm videosunda Türkiyə və “Eurofighter” mövzusu yer alır.

Gündəm videosundakı mövzular aşağıdakılardır:

00:00 - Giriş

00:05 - Pilotsuz uçuş aparatlarından Kartalkaya yanğınında istifadə edilə bilərmi? Oteldəki yanğın ürəyimizi parçaladı.

01:31 - Almaniyadan Türkiyəyə “Eurofighter” addımı. İcazə verdi, yoxsa vermədi?

03:37 - Türkiyənin radar sınaq təyyarəsinə ehtiyacı varmı? “Eurofighter” üçün sınaqlar “Airbus A320” tipli təyyarələrdə aparılır.

07:16 - “Kızılelma” sınaq uçuşu. Atışlar nə vaxt başlayacaq?

10:12 - “Leonardo” baş direktoru “Baykar”da. Bu səfər yeni əməkdaşlıqlar gətirə bilərmi?

11:28 - TB3 MAM-T atış sınağı həyata keçirib.

13:08 - “Hisar-O” İnfraqırmızı axtarış başlığı.

14:37 - THY illər sonra Suriyada.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Eurofighter   Türkiyə  


Bizi "telegram"da izləyin