Britaniya Belarusa qarşı sanksiyalar tətbiq edib

2023/06/6481c-1686226888.jpg
Oxunub: 474     19:32     27 Yanvar 2025    
Böyük Britaniya Kanada ilə koordinasiya əsasında Belarusda “saxtalaşdırılmış prezident seçkilərinə” dərhal cavab olaraq 6 fiziki şəxsə və 3 quruma sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, sanksiyalar ciddi insan haqları pozuntularına görə məsuliyyət daşıyan qurumların rəhbərlərini və Belarusun müdafiə sektorunda Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən şirkətləri hədəf alır.

Belarus Mərkəzi Seçki Komissiyasının sədri də bugünkü sanksiyalar siyahısına daxil edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Belarus  


Bizi "telegram"da izləyin